İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Növbəti təlim keçirilib

Multimedia Mərkəzi “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda növbəti təlim keçirib. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT-dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Təlimin üçüncü günündə biologiya müəlliməsi və ekspert Almaz Həsrət bloqlar, bloqların yaradılması və bloqlardan təhsil prosesində effektiv istifadə mövzusunda təlim keçiblər.

Təlimlərin yekununda müəllimlər sosial İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları və s mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Ümumtəhsil məktəblərinin müxtəlif fənn müəllimləri üçün nəzərdə tutulan Təlimlər 5 gün davam edəcək.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər tərəfindən aparılır.
Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və “Elektron məktəb” Layihəsinə qoşulan təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində gerçəkləşir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Multimedia Mərkəzi
AZ1001, Bakэ, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az