İnternet resurslarının təhlükəsizliyinin qorunması üçün Dövlət Proqramı hazırlanmalıdır

Azərbaycanda dövlət qrumlarının internet resurslarının qorunması istiqamətində müəyyən addımlar atılıb.

Bunu SalamNews-a Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun fikrincə, bu il yanvarın 16-da Azərbaycan bir sıra dövlət qurumunun rəsmi saytlarına haker hücumuna məruz qaldı. Bundan sonra ölkə prezidentinin tapşırıqlarına əsasən, dövlət qrumlarının internet resurslarının təhlükəsizliyinin artırılması istiqamətində müəyyən addımlar atılıb və bütün dövlət internet resursları bir serverdə yerləşdirilib.

O deyib: “Azərbaycanda dövlət informasiya ehtiyatlarının təhlüksəziliyinin qorunması, ölkə qanunvericiliyi ilə, Xüsusi Dövlət Mühafizə Xidmətinə əlavə kadırlar ayrılıb. Amma hesab edirəm ki, bu da internet resurslarının təhlükəsizliyinin qorunması üçün yetərli deyil. Çünki hökumətdə bu işə hələlik kompleks yanaşma yoxdur. Burada daha yeni texnalogiyaların tətbiqinə və müəyyən labaratoriyalar yaradılmalı, kadır hazırlıqlarına daha böyük diqqət yetirlməlidir. Ümumiyyətlə, internet resurslarının təhlükəsizliyinin qorunması üçün Dövlət Proqramı hazırlanmalıdır”.

Ölkənin özəl sektorlarında internet resurslarının qorunmasından sğz açan O.Gündüz söyləyib ki, özəl sektorda vətəndaşların, ictimai qrumların, internet resurslarının qorunması istiqamətində dövlət tərəfindən, ümumiyyətlə, heç bir addım atılmayıb. Bu sahədə ciddi boşluq mövcuddur və hökumət bununla bağlı ciddi addımlar atmalıdır.

Bakı, 1 sentyabr, SalamNews, İ.Amid.