“Elektron hökumət və media” Layihəsi çərçivəsində “Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Təlimlər keçirilib.
Təlimlərin növbəti günündə AİF-in üzvü Rəşad Əliyev və Yeni media mütəxəssisi Azər Nəzərov təlim iştirakçılarına E-hökumətdə İnternet idarəçiliyi, e-xidmətlər, e-biznes və sosial media (Vətəndaşlar 2.0.), elektron ödənişlər barədə ətraflı bilgilər veriblər.
Təlimlərdə müxtəlif KİV və Yeni media sahəsində çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Layihə çərçivəsində həmçinin jurnalistlər üçün Elektron hökumət və Açıq hökumət sahəsi ilə əlaqəli daha iki gün Təlimlər keçiriləcək.
Məlumat verildiyi kimi “Elektron hökumət və media” Layihəsi çərçivəsində Elektron hökumət sahəsindən yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
Layihə RİTN –in, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Geniş məlumat : www.telim.org
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az