“Elektron hökumət və media” Layihəsi çərçivəsində növbəti Təlimlər keçirilib

Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Təlimlər keçirilib.

Bugünkü təlimlərdə ULTRA şirkətinin əməkdaşı Anar Məmmədov və SİNAM şirkətinin əməkdaşı Firudin Əhmədov iştirakçılara E-hökumət və açıq hökumət konsepsiyasının inkişaf mərhələləri (dünya təcrübəsi əsasında), E-hökumətin inkişafına təsir edən amillər haqqında ətraflı məlumatlar veriblər.

Təlimlərdə müxtəlif KİV və Yeni media sahəsində çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Layihə çərçivəsində həmçinin jurnalistlər üçün Elektron hökumət və Açıq hökumət sahəsi ilə əlaqəli daha iki gün Təlimlər keçiriləcək.

Məlumat verildiyi kimi “Elektron hökumət və media” Layihəsi çərçivəsində Elektron hökumət sahəsindən yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.

Layihə RİTN –in, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat : www.telim.org

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az