Haqqımızda

Multimedia Mərkəzi 1997-ci ildə yaradılıb və 1998-ci ildə dövlət qeydiyyatından keçib. Mərkəz Azərbaycanda İnformasiya sahəsində, təhsil sahəsində, İnformasiya texnologiyalarının müxtəlif sahələrində (təhsil, bələdiyyələr, dövlət qurumları, media və s.) tətbiqi və bu sahədə araşdırmaların aparılması istiqamətində, ümumiyyətlə ölkədə İnformasiya Cəmiyyətinin formalaşması ilə bağlı problemlərin öyrənilməsi və aradan qaldırılması sahəsində sistemli olaraq fəaliyyət göstərir. İKT sektorunda 15 illik təcrübəyə malik Multimedia Mərkəzi yetərincə texniki-texnoloji, kadr və informasiya resurslarına malikdir.