İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayır

multimedia logo
Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar”  mövzusunda Təlimlər davam etdirilir.  Cari ayın sonunda mövzu üzrə müxtəlif fənn  müəllimləri üçün  növbəti Təlimlərin keçirilməsi nəzərdə tutulub.  Təlimlər Mərkəz tərəfindən həyata keçirilən   “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.

Ümumtəhsil məktəblərinin müəllimləri üçün nəzərdə tutulan Təlimlər 5 gün davam edəcək.

Təlimlər zamanı müəllimlərə İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə üsulları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları və s mövzular tədris olunacaq.

Təlimlərin yekununda müəllimlərə İnternet texnologiyalar, xüsusilə Veb 2.0 texnologiyalar və sosial servislərdən tədris prosesində effektiv istifadə üsulları sahəsində bilik və bacarıqlar  əldə edəcəklər

Təlimlər təhsil və yeni media sahəsində ekspertlər tərəfindən aparılır.

Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Multimedia Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az