“Onlayn Media” müsabiqəsinin qalibləri artıq məlumdur

“Onlayn Media” Müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib.

Toplantıda müsabiqəyə təqdim olunan yazıların və tvitlərin münsiflər tərəfindən qiymətləndirilməsinin yekunları  müzakirə olunub.

Artıq məlumat verildiyi kimi Müsabiqəyə 30 yazı təqdim edilib və  27 yazı qəbul edilib. Qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə 70 mikrobloqçu tərəfindən 500 –dən çox tvit yazılıb.

Müsabiqə Qaydalarına cavab verməyən 2 yazı və münsiflər tərəfindən plagiat hesab olunan 1 yazı Müsabiqədən kənarlaşdırılıb.

Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.

Məqalələr və tvitlər 10 ballıq sistemlə qiymətləndirilib.  Münsiflər tərəfindən verilmiş ballar əsasında qaliblər müəyyən olunub.

“Onlayn Media”  Müsabiqəsinin  yekunlarına  həsr olunan Təqdimat mərasiminin
11 dekabr  2013-cü ildə keçirilməsi qərara alınıb.

Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Qaliblərə və həvəsləndirici yer tutanlara Diplomlar və qiymətli hədiyyələr  təqdim olunacaq.

Tədbirdə həmçinin “Onlayn medianın inkişafına dəstək”  Layihəsi  çərçivəsində keçirilən Təlimləri uğurla başa vuran jurnalistlərə  Sertifikatlar təqdim olunacaq.

Layihə RİTN –in dəstəyi və Nar Mobile– in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən həyata keçirilir.

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 012492 44 44.
www.telim.org
multimedia@cit.az