Suraxanı Rayon İcra Hakimiyyəti www.suraxani-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Suraxanı Rayon İcra Hakimiyyəti  www.suraxani-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından

qismən zəngin sayt hesab etmək olar. Gərəkli bilgilərlə yanaşı cari informasiyaların yerləşdirilməsi diqqətdən

qaçmır. Amma quruma indi və daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə

bilgiləri, tender və yarışmalar, işə qəbullla bağlı bilgilər saytda yer almamışdır.  Sayt görünüşünə görə aşağıdakı

kimidir.

1.    Rayon haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. İcra hakimiyyətinin başçısı haqqındakı bilgilər çox

azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında heç bir

məlumat saytda əks etdirilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları  göstərilir. Lakin

qurumunun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında

bilgilər təqdim edilmir.

3.    Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə

saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq

(tam) ünvanları barədə bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə

əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin icra hakimiyyətinin başçısının

bioqrafiyasına, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə saytda rast gəlinmir.

5.    Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpır, amma intervallarla. Lakin  qurumdaxili əmrlər,

sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların

istiqamətləri barədə informasiyalar əks etdirilmir.

7.    Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər,

nə də qaynar xətt barədə məlumat verilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.

9.    Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.

10.    Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri

və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər

tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə

rast gəlinmir.

11.    Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.

12.    Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə

imkanı və sayt daxilində axtarış mövcud deyil.