27.05.2010 Multimedia Mərkəzinin məlumatı
Bu gün “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib. Multimedia Mərkəzinin direktoru Osman Gündüz tədbiri açaraq artıq hər il keçirilən Layihənin əsas məqsədi, ölkədə informasiya cəmiyyəti quruculuğu sahəsində bu layihənin rolu haqqında danışıb. O, “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunları ilə bağlı məlumat verib. Layihə çərçivəsində Jurnalistlər üçün İnformasiya Cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli Treninqlərin keçirildiyini bildirib. Təlimlərin ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislərin tərəfindən keçirildiyi qeyd olunub. O , həmçinin Layihə çərçivəsində “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyaları üzrə Müsabiqənin keçirildiyini qeyd edib. Müsabiqəyə 14 Jurnalist tərəfindən yazı təqdim olunduğu qeyd edib. Yazıların tanınmış media və İKT ictimaiyyətinin nümayəndələrindən ibarət olan Münsiflər Heyəti tərəfindən qiymətləndirildiyini vurğulayıb.
Təqdimat mərasimində çəkilmiş fotolara buradan baxa bilərsiniz.
Azercell şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə və HP şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək bu tip Layihələrin ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna təkan verəcəyini bildiriblər. Özəl sektorun nümayəndələri olaraq bu sahənin inkişafında maraqlı olduqlarını və hər zaman dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər. Tədbirdə Layihə çərçivəsində təşkil olunan Treninqləri uğurla başa vuran 19 nəfərə Sertifikatlar təqdim olunub. Təqdimat mərasimində “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” nominasiyası üzrə qaliblər elan edilib. “İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri Fərəh Sabirqızı (Express qəzetində dərc olunan “Tələbələrimizin kompüter qayğıları” yazısı) qazanıb. 2-ci yeri iki jurnalist tutub : Vüqar Haqverdiyev ( Azərbaycan qəzetində dərc olunan “İnformasiya və inkişaf” yazısı) və Ülviyyə Şamilqızı ( Xalq Cəbhəsi qəzetində dərc olunan “İnternet Medianın problemləri” yazısı) qazanıblar. 3-cü yeri 3 nəfər tutub: İsmayıl İsmayılov ( Mediaforum saytında dərc olunan “İnternet media” yazısı), Fuad Hüseynzadə ( Paritet qəzetində dərc olunan “Azərbaycanda mobil texnologiyanın yeni mərhələsi” yazısı) və Cəvahir Səlimqızı ( Mərkəz qəzetində dərc olunan “Virtual aləmin real faciəsi” yazısı). Münsiflər tərəfindən Elxan Salahov (Lent.az ) və Babək Cahandarovun ( Paritet) müsabiqəyə təqdim etdikləri yazılarına görə fərqləndikləri qeyd edilib. Qaliblərə və fərqlənənlərə Diplomlar və Azercell , HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri ( Netbook, çoxfunksiyalı printerlər, mobil telefon, rəqəmli fotoaparat, rəqəmli diktofon və s) təqdim olunub. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, İTV Yayım Şurasının sədri, Münsiflər heyətinin üzvü Cahangir Məmmədli, ekspert və münsif Azər Həsrət və digərləri çıxış edərək özəl sektor və ictimai qurum tərəfindən dəstəklənən bu tip layihələrin mühüm əhəmiyyət kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər. Layihə Azercell, HP və ULTRA şirkətləri tərəfindən dəstəklənib. Layihə haqqında geniş məlumat www.cit.az saytında yerləşdirilib.
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
E-mail: info@cit.az