“Onlayn Media 2015” Təlimləri başa çatıb

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə keçirilən “Onlayn Media 2015”  Təlimləri başa çatıb. 2006-cı ildən başlayaraq həyata keçirilən İnformasiya Cəmiyyətinin jurnalistləri Proqramı çərçivəsində təşkil olunan Onlayn Media 2015 təlinmlərinə cari ilin noybar ayında start verilmişdi. Təlimlər iki istiqamətdə təşkil olunub – İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılması və jurnlistika sahəsində təhsil alan tələbə jurnalistlər və bloqçuların bilik və bacarıqlarının artırılmasına kömək etmək.
BDU İnternet Studiyasında təşkil olunan bu təlimlərdə jurnalistika sahəsində təhsil alan tələbələr iştirak ediblər. Noyabr –dekabr aylarında təşkil olunan 6 təlimdə 20 nəfər tələbə jurnalist iştirak edib. Təlimlərdə jurnalistlərə nəzəri biliklər verilməklə bərabər praktiki vərdişlərin də formalaşamasına diqqət yetirilib.
Təlimlər zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Təlimləri uğurla başa vuran jutnalistlərə dekabrın sonunda keçirilməsi nəzərdə tutulan yekun tədbirdə sertifikatlar veriləcək.
Multimedia Mərkəzi İKT-dən yazan jurnaistlərin peşəkarlığının artırılmasına da diqqət yetirib.
Bu məqsədlə Multimedia Mərkəzində İKT-dən yazan jurnalistlərlə media və İT ekspertlər tərəfindən təlimlər keçirilib. Təlimlər və görüşlərdə ekspertlər Azər Həsrət, A. Qaraçənli, Ələsgər Məmmədli, Fərid Hacıyev, Azər Nəzərov, O. Əhmədov, Rəşad Əliyev və digərləri iştirak ediblər.

Multimedia Mərkəzi gələcəkdə İKT-dən və elektron hökumət quruculuğundan yazan jurnalistlərin şəbəkəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində effektiv  istifadənin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihə 2006-ci ildən başlayaraq Multimedia Mərkəzi  tərəfindən RYTN və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Jurnalist-tələbələr üçün təçkil olunan təlimlər BDU İnternet studiyasında Tələbədən-tələbəyə layihəsi ilə əməkdaşlıq şəraitində keçirilib.

Geniş məlumat : www.cit.az
Multimedia Mərkəzi
Tel. www.cit.az www.telim.org
multimedia@cit.az telim2  telim4 telim5 telim6