İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Jurnalistika məktəbləri Yeni media texnologiyaları ilə bağlı xeyli sayda fənləri tədris proqramlarına daxil ediblər. Həmçinin texnologiyaların inkişafı onların tədris planlarına çox tez təsir edir. Media kifayət qədər transformasiya olunduğundan təhsil müəssisələrində jurnalistlərə elə bilik və bacarıqlar aşılanır ki, onlar konkret bir KİV sahəsində deyil bütün media və kommunikasiya sahələrində çalışmağa hazır olur.
Yeni Media texnologiyalarının ali təhsil müəssisələrində tədrisi ilə bağlı seçmə fənlər hazırda bir blok olaraq təqdim olunmur. Əslində media sektorunda uzun müddətdən bəri xəbər istehsalı prosesində, xəbərlərin yayılması prosesində yeni texnologiyalar tətbiq olunursa da, jurnalist təhsili verən qurumların tədris proqramları bu tələbata konseptual olaraq uyğunlaşmayıb.
Elə bu layihənin də əsas məqsədi jurnalistika təhsili verən ali məktəblərdə yeni media texnologiyalarının tədrisini tamamilə yenidən qurmaq, bununla bağlı yeni tədris modelini hazırlanmaqdan ibarətdir.
Layihənin məqsədi
Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltmək. Ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunəlindən ibarət yeni tədris modeli hazırlamaq.
Layihə qarşısında duran vəzifələr
– Jurnalistika təhsili sahəsində yeni media texnologiyalarının tədrisi məsələsinə təhsil və media ictimaiyyətinin diqqəti cəlb etmək
– Yeni media texnologiyalarının tədrisini təkmilləşdirmək məqsədilə yeni tədris modeli hazırlamaq və Universitetlərə təqdim etmək
– Azərbaycanın formalaşmaqda olan media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyəti ( iş yerləri , tələb-təklif
münasibətləri və s.) araşdırmaq
– Yeni media texnologiyaları tədris edən müəllimlərə metodiki-informasiya dəstəyi göstərmək
– Tələbələrin praktiki vərdişlərinin artırılması üçün şərait yaratmaq
– İnformasiya cəmiyyətinin jurnalistlərinin hazırlanması üçün şərait yaratmaq
Həyata keçiriləcək tədbirlər:
Layihənin hədəf qrupu və əhatə dairəsi
Layihə əsasən Jurnalistika təhsili verən Universitetlərin Jurnalistika bölmələrinə, media subyektlərinə, yeni media mütəxəssislərinə, jurnalist tələbələrə və jurnalist olaraq çalışanlara yönəlib və onların faydalanacağı əsas götürülüb. Bununla belə Layihənin nəticələrindən bütövlükdə ölkənin Vətəndaş Cəmiyyətinin faydalanacağı gözləniləndir.