“Multimedia” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaqların informasiya təhlükəsizliyi sahəsində valideynlərin rolunun artırılması” mövzusunda layihənin icrasına başlayıb.
Layihənin məqsədi uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi üçün məktəbin, valideynlərin və ictimaiyyətin səylərini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Uşaqların İnternetdə təhlükəsizliyin təmin edilməsi istiqamətində cəmiyyətin müxtəlif təbəqələrinin potensialının cəmləşdirilməsi və vahid məqsədə yönəldilməsi üçün bir çox tədbirlər həyata keçiriləcək. Həmçinin uşaqlar üçün təhlükəsiz İnternet mövzusunda olan www.netsafe.az milli internet resursunda uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün valideynlər və müəllimlər üçün metodiki-informasiya təminatı həyata keçiriləcək.
Layihə 3 ay müddətində davam etdiriləcək. Bu müddət ərzində həmçinin, təhsil sektoru nümayəndələrinin və maraqlı şəxslərin iştirakı ilə Dəyirmi masa və müəllimlər üçün uşaqların təhlükəsizliyi mövzusunda Təlimlər təşkil olunacaqa.
Layihə Təhsil Nazirliyi və digər aidyatı qurumlar ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Multimedia Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az