İnformasiya Cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsinə materialların qəbulu vaxtı uzadıldı.
Müsabiqə “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 layihəsi çərçivəsində informasiya cəmiyyətinin ən yaxşı jurnalisti nominasiya üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Yazı mətninin həcmi on beş min işarədən çox olmamalıdır. Və başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam məqsədilə hazırlanan materiallar qəbul edilmir.
Müsabiqəyə 01 yanvar 2011-cu ildən 10 fevral 2012-ci il tarixədək dərc edilən materiallar qəbul olunacaq. Materialların qəbulu 10 fevral 2012-ci il tarixədək həyata keçiriləcək. Qiymətləndirmə isə 10-15 fevral 2012-ci il aralığında gerçəkləşəcək. Nəticələrin elan olunması və mükafatlandırılma mərasimi isə fevral ayının ikinci ongünlüyünə planlaşdırılır.
Müsabiqəyə təqdim olunan materialın Azərbaycan dilli versiyasının olması zəruridir.
Qaliblər (I, II və III yerlər) xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin təxmini mövzuları
Azərbaycanda İKT-nin inkişaf tarixi
Azərbaycanın inkişafında İKT-nin rolu və əhəmiyyəti
İKT sahəsində fəaliyyət göstərən şirkətlərin və onların təklif etdiyi xidmətlərin cəmiyyətdə yeri və rolu
İKT sahəsində təhsil
Müasir dövrdə Azərbaycanda intellektual mülkiyyətin qorunması
Kompüter proqramlarının milli versiyalarının inkişafı
Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.) İKT-nin tətbiqi
İnternet media
Elektron hökumət
Elektron Azərbaycan
Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır
Dərc olunmuş materialın orijinalı və yazının elektron forması. İnformasiya subyektinin adı, nömrəsi və tarix qeyd olunmaqla.
Müsabiqə iştirakçısı haqqında məlumat (xüsusi formada,) formanı cit.az saytından əldə etmək olar.
Təqdim olunmuş materiallar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:
– materialın mövzuya aidliyi;
– jurnalistin bu sahə üzrə peşəkarlığı;
– materialın aktuallığı;
– sosial əhəmiyyəti;
– obyektivliyi;
– dolğunluğu və əhatəlilik.
Müsabiqənin Jürisi ölkənin tanınmış İKT və media nümayəndələrindən ibarətdir.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin iştirakı ilə gerçəkləşdirilir.
Əlavə məlumat üçün:
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az“Multimedia” Mərkəzi