05.11.2008
Azərbaycan İnternet Forumunun
Məlumatı
Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və Microsoft - Azərbaycan qurumu tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.
Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli
informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün
metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə
cəlb etməkdən ibarətdir.

Artıq adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə
çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab və eyni
adlı Plakat hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi
informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı
təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə
uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı valideynlər, müəllimlər və
uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr
verilib.
Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması
nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin mövzu ətrafında maraqlı tərəflərin iştirakı ilə
geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də xüsusi
verilişlərin təşkil edilməsi nəzərdə tutulub.
AİF
www.cit.az
492-44-44