“Onlayn Media 2015” layihəsi çərçivəsində təlimlər keçiriləcək.

Məlum olduğu kimi 2006-cı ildən başlayaraq Multimedia Mərkəzi tərəfindən İnformasiya Cəmiyyətinin jurnalisti Proqarmı çərçivəsində “Onlayn Media ” layihəsi həyata keçirilir.

Cari ildə də Onlayn media 2015 layihəsi çərçivəsində jurnalistlər üçün Təlimlər təşkil olunacaq.

Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir.

Təlimlər iki istiqamətdə keçirilir.

İKT-dən, elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik məqsədilə Multimedia Mərkəzində ekspertlərin iştirakı ilə təlimlər və görüşlər keçiriləcək. Təlimlərdə və görüşlərdə İKT sahəsindən yazan jurnalistlər iştirak edəcəklər. Onlara Elektron hpkumət quruculuğu, Mobil texnologiyalar, onlayn şəffaflıq , internet biznes sahəsi ilə əlaqəli mövzular tədris olunacaq

Jurnalistika sahəsində təhsil alan tələbələr üçün onlayn və multimedia jurnalistika ilə bağlı Təlimlər tşkil olunacaq

Təlimlərə 21 noyabrda start verilir və həftənin 6-cı günləri BDU-nun İnternet Studiyasında keçiriləcək

Təlimlər Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, onlayn jurnalistika , İnternetdə reklam, Mobil internet və mobil texnologiyalar sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.

Təlimlərdə ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər və bloqçular iştirak edəcəklər .

Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək. Təlimlər BDU-nun “Tələbədən tələbəyə” layihəsi ilə birgə həyata keçiriləcək.

“Onlayn Media 2015” Layihəsi Multimedia Mərkəzi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, SİNAM şirkətinin dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat: www.cit.az www.telim.org

“Multimedia” Mərkəzi