18.02.2008 Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
21 fevral 2008-ci il tarixdə “İctimai informasiyaların əldə olunması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masa ACİ – Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiyaların açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsi çərçivəsində keçirilir. Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən EITI Koalisiyası, Milli Büdcə Qurumu və Vətəndaş Nəzarəti Şəbəkəsi ilə birgə həyata keçirilir.
Tədbirdə neft gəlirləri, büdcə xərcləri və neft gəlirlərinin ətraf mühitə və sosial sahəyə təsirləri sahəsində informasiya açıqlığının monitorinqinin yekunları haqqında Hesabat təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti subyektlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org