“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb.

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə sonuncu Treninq keçirilib. Treninqdə jurnalist tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
“Amerika – Azərbaycan Təhsil Mərkəzində” təşkil olunan bu Treninqdə mobil texnologiyalar üzrə ekspert Rəşad Əliyev “Mobil internet. Mobil resurslardan effektiv istifadə qaydaları. Mobil texnologiyalardan jurnalistikada istifadə. Mobil təhlükəsizlik.” və eskpert Rəşad Əliyev “Viruslar və antiviruslar. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Anticasus proqramlardan istifadə.” mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların çıxışları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Layihəyə gələn ilin əvvəlində yekun vurulacaq. Treninqdə iştirak edənlərə sertifikat veriləcək və müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan “İnformasiya Cəmiyyətinin Jurnalisti” RİTN, ULTRA şirkəti və Multimedia Mərkəzinin birgə iştirakı ilə gerçəkləşdirilir.

Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az