26.05.2010 Multimedia Mərkəzinin məlumatı
27 may 2010-cu il tarixdə, saat 14.00-da , Respublika Otelində (Xaqani küçəsi 24) Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
Mərasimdə adı çəkilən Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” mövzusunda keçirilən Müsabiqənin qalibləri elan olunacaq və onlara Diplomlar və hədiyyələr təqdim olunacaq.
Geniş məlumat : www.cit.az
Multimedia Mərkəzi
492 44 44
info@cit.az