Müsabiqənin Təşkilat Komitəsindən (TK) Xeberler.az-a verilən məlumata görə, bu gün Milli İnternet Mükafatı –Milli Net 2015 qaliblərinin adları açıqlanacaq. Təqdimat mərasimi Bakı Biznes Məkəzində saat 18.00-da başlayacaq.
TK-dən bildirilib ki, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.
TK-dən bildirilib ki, artıq qaliblərin mükafatlandırılması ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Qeyd edək ki, təqdimat mərasimi Xeberler.az-ın YouTube kanalından və millinet.az saytlarından canlı yayımlanacaq.
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə və digər yerləri tutanlara həmçinin BestComp şirkəti və Aromania.az-ın hədiyyələri təqdim olunacaq.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.