“Elektron hökumət və media” layihəsinin yekun Təqdimat mərasimi keçiriləcək

 

e-hokumet1Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində “Elektron hökumət və media” layihəsinin yekun Təqdimat mərasimi keçiriləcək
Təqdimat Mərasimində adı çəkilən Layihə çərçivəsində keçirilən Təlimləri uğurla başa vuran jurnalistlərə Sertifikatlar təqdim ediləcək. Həmçinin tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” mövzusunda keçirilən Müsabiqədə qalib gələnlərə qiymətli hədiyyələr və Diplomlar veriləcək.

Təqdimat mərasimi 06 mart 2013-cü il tarixdə saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.telim.org
www.cit.az
multimedia@cit.az