Məlum olduğu kimi 2006-cı ildən başlayaraq Multimedia Mərkəzi tərəfindən İnformasiya Cəmiyyətinin jurnalisti Proqarmı çərçivəsində “Onlayn Media ” layihəsi həyata keçirilir.
Cari ildə də Onlayn media 2015 layihəsi çərçivəsində İKT-dən yazan jurnalistlərin hazırlanmasına köməklik göstərilir.
Məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına nail olmaqdır.
Multimedia Mərkəzində keçirilən görüşlərdə və təlimlərdə İKT sahəsindən yazan jurnalistlərin hazırlanmasına köməklik məqsədilə ekspertlər öz təcrübələrini bölüşürlər, jurnalistlərdə qeyd olunan sahə üzrə bilik və bacarıqların formalaşmasına diqqət yetririlər
Multimedia Mərkəzində, Xeberler.az redaksiyasında təşkil oluna görüşlərdə və təlimlərdə A. Qaraçənli, Azər Həsrət , Ələsgər Məmmədli, İT ekspertlər Rəşad Əliyev, Azər Nəzərov və digərləri iştirak ediblər.
Multimedia Mərkəzi həmçinin jurnalist tələbələrin də İKT bacarıqlarının artırılması, onlayn jurnaıistika sahəsində bilik və bacarıqlar əldə etməsi üçün BDU-da xüsusi təlimlər təşkil edir.
“Multimedia” Mərkəzi