Multimedia Mərkəzinin Məlumatı

Multimedia Mərkəzi tərəfindən   “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda  Dəyirmi Masa  keçiriləcək.

Toplantıda mərkəzi  və yerli icra orqanlarının  informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq.  Həmçinin dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti  Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.

Hesabat son  6 ay ərzində 75 mərkəzi icra hakimiyyəti orqanı və 66 yerli icra  hakimiyyətinin onlayn şəffaflıq vəziyyətini əks etdirir.

Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı təqdim olunacaq.
Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Dəyirmi Masa  04 mart 2014 – cü il  tarixdə, saat 11.00-da, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək

Multimedia Mərkəzi

Tel: 012 492 44 44 

www.informasiya.org
info@cit.az