Məlum olduğu kimi Multimedia Mərkəzi tərəfindən “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün Treninqlər təşkil olunur.
Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Təlimlər 21-25 oktyabr tarixlərində, saat 14.00 – 18.00 arasında AMEA Infromasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində keçiriləcək.
Həmçinin təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq. Təlimçilər və təlimin mövzuları artıq müəyyənləşib.
Təlimlər Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
Treninqlərdə iştirak etmək istəyən jurnalistlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar bilik və bacarıqlara sahib olmaq zəruridir.
Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçə bilərlər. Və ya multimedia@cit.az e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.
Geniş məlumat: www.telim.org
“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 012492 44 44
www.telim.org
multimedia@cit.az