Şəki Rayon İcra Hakimiyyəti www.sheki-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar, cari informasiyaların yerləşdirilməsi baxımından zəngin sayt hesab etmək olar. Saytda başqa saytlardan fərqli olaraq işə qəbullla bağlı bilgilər yer almışdır. Amma quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə, tender və yarışmalar haqda bilgiləri, saytda yoxdur. Sayt Şəki Şəhər İcra hakimiyyətinin sayti kimi qeyd olunsa da, informasiyalar rayon icra hakimiyyəti çərçivəsindədir. Sayt görünüşünə görə aşağıdakı kimidir.
1. Rayon, rayon İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgilər saytda öz əksini tapır. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir məlumat saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilsə də, Qurumunun ünvanının marşrut və sxemi göstərilmir, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün imkanlar qeyd olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada çatışmayan digər cəhət də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpır. Qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər isə təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar əks etdirilmir.
7. Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır. Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı saytda informasiyalar var..
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə imkanı və sayt daxilində axtarış mövcud deyil.