Məlumat verdiyimiz kimi, Bakıda Yüksək Texnologiyalar Parkında Startap Günləri keçirilib.
Xeberler.az-ın məlumatına görə, tədbir 3 gün davam edib.
Günlər çərçivəsində iştirakçılar tərəfindən təqdim edilən 25 ideyanı münsiflər təhlil edib və onlardan 6-sı qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı qazanıb.
Seçilən innovativ biznes ideyaları ətrafında Günlərin iştirakçılarından ibarət olmaqla 4-6 nəfərlik 6 startap komandası formalaşdırılıb.