Çap olunub -da İnformasiya Cəmiyyətinin Jurnalisti, Layihə 2011
Dek 16th, 2011
“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə 15 dekabr 2011-ci il tarixində ilk Treninq keçirilib.
Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Mərkəzin direktoru Osman Gündüz Layihə haqqında və keçirilməsi nəzərdə tutulan təlimlər haqqında məlumat verib.
Amerika Azərbaycan Təhsil Mərkəzində təşkil olunan bu Treninqdə Sahil İT şirkətinin direktoru Vahid Qasımov “İnternetdə axtarış. Kataloqlar. Vikipedia. İnformasiya mübadiləsi proqramları.” və Ekspert Azər Həsrət “Jurnalistlər üçün internet resurslar. Beynəlxalq jurnalist resursları” mövzusunda jurnalistlər qarşısında təqdimat aparıb. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində 5 gün keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “İnternet TV VƏ RADİO. Audio və video konfranslar”, “Podkasting”, “Bloqlar və onların yaradılması, bloqların yeniləşdirilməsi, bloq sistemləri, blogosfera”, “Sosial media və ondan effektiv istifadə üsulları”, “Kibercinayərkarlıq”, “İnternetdə müəllif hüquqları”, “Elektron hökumət”, “Elektron xidmətlər”,”Mobil internet” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN , ULTRA şirkəti və Multimedia Mərkəzinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az