Çap olunub -da İnformasiya Cəmiyyətinin Jurnalisti, Layihə 2011
Dek 20th, 2011
“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
“Amerika – Azərbaycan Təhsil Mərkəzində” təşkil olunan bu Treninqdə media eksperti Ələsgər Məmmədli “Media hüququ . İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu” və RİTN-in İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Elektron hökumət. Elektron xidmətlər” mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların çıxışları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan sonuncu treninqdə jurnalistlər üçün
“İnformasiya təhlükəsizliyinin qorunması” və
”Mobil internet, mobil xidmətlər və mobil fırıldaqlar” mövzularında təlimlər keçiriləcək.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan “İnformasiya Cəmiyyətinin Jurnalisti” RİTN, ULTRA şirkəti və Multimedia Mərkəzinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az