“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə jurnalist-tələbələr və müxtəlif KİV-lərdə çalışan jurnalistlər iştirak edib.
“Amerika Azərbaycan Təhsil Mərkəzində” təşkil olunan bu Treninqdə yeni media mütəxəsisləri İlqar Mirzə “Bloqlar ve onların yaradılması, bloq sistemləri, bloqosfera ”, Azər Nəzərov “İnternet TV və Radio, Audio və video fayılların internetdə yerləşdirilməsi , Podkastinq” və Şaiq Muradov “Yeni media, sosial media və ondan effektiv istifadə üsulları” mövzularında jurnalistlər qarşısında çıxış ediblər. Onların təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində 5 gün keçirilməsi nəzərdə tutulan treninqlərdə jurnalistlər üçün “Kibercinayərkarlıq”, “İnternetdə müəllif hüquqları”, “Elektron hökumət”, “Elektron xidmətlər”,”Mobil internet” və s. mövzularda məşğələlər təşkil olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” 2011 Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların təqdim olunması davam edir.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN , ULTRA şirkəti və Multimedia Mərkəzinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az