“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirəcək

Multimedia Mərkəzi 29 fevral 2012-ci ildə, saat 14.00-da   Beynəlxalq Mətbuat Mərkəzində  “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına  həsr olunan Təqdimat mərasimi  keçirəcək.
Tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə  Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” nominasiyası üzrə keçirilən Müsabiqənin qaliblərinə Diplomlar və hədiyyələr  təqdim olunacaq.
Layihənin əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə gerçəkləşdirilir.

“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az