“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən Treninqlər başa çatıb. Treninqdə müxtəlif KİV-lərdə çalışan 25 nəfər jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Sonuncu Treninqdə Sahil şirkətinin direktoru Vahid Qasımov “İnformasiya Təhlükəsizliyi” mövzusunda və İnfotex təşkilatının nümayəndəsi, ekspert Firudin Əhmədov “İKT və Azərbaycan dili ” mövzularında Jurnalistlər qarşısında çıxış ediblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
May ayının sonunda Treninq iştirakçılarına Sertifikatların təqdim edilməsi və Layihə çərçivəsində keçirilən Müsabiqənin qaliblərinin mükafatlandırılması məqsədilə Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə Azercell, HP və ULTRA şirkətlərinin dəstəyi ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az