“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

29 fevral 2012-ci il tarixdə Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
Mərasimdə adı çəkilən Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” mövzusunda keçirilən Müsabiqənin qalibləri elan olunacaq və onlara Diplomlar və hədiyyələr təqdim olunacaq. Qaliblər 24 fevral tarixdə keçirilən Münsiflər Heyətinin toplantısında müəyyən olunub.
Bu il keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində 5 gün Treninq keçirilib, 11 ekspert tərəfindən təlimlər aparılıb, 20 nəfər Treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub.
Hər il keçirilən bu Layihənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə gerçəkləşdirilir.

Geniş məlumat : www.cit.az
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az