“İnformasiya Cəmiyyətinin Jurnalistli” 2011 Layihəsinin icrasına başlanıldı.

DSC_0162Multimedia Mərkəzi tərəfindən 2007-ci ildən başlayaraq “İnformasiya  Cəmiyyətinin Jurnalisti” Proqramı həyata keçirilir.
Cari ilin noyabr ayından etibarən “İnformasiya  Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin icrasına başlanıb. Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkəti tərəfindən həyata keçirilir.
Layihənin keçirilməsində  məqsəd ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını cəmiyyətə  çatdırmaq, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihənin qarşısında duran vəzifələr

1. İctimaiyyətin, dövlət orqanlarının və medianın diqqətini İnformasiya Cəmiyyəti quruculuğuna, bu sahədəki problemlərə və onların aradan qaldırılması yollarına cəlb etmək.
2. Jurnalistləri   İKT ilə, İnformasiya Cəmiyyəti ilə bağlı dünyada və ölkədə  gedən ən yeni proseslərlə tanış etmək.
3. İnformasiya Cəmiyyətinin Jurnalistlərini hazırlamaq.

Həyata keçiriləcək tədbirlər

1. “İnformasiya Cəmiyyəti quruculuğunda vətəndaş  cəmiyyəti institutlarının  rolu” mövzusunda ictimai diskussiya  keçirmək
2. İnformasiya Cəmiyyətini mövzusunda yazan Jurnalistlərin professional hazırlığının yüksəldilməsi üçün Treninqlərin keçirilməsi.
3. İnformasiya Cəmiyyəti  sahəsində yazan ən yaxşı Jurnalistlərin Müsabiqəsinin keçirilməsi

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az