“Elektron hökumət və media” Layihəsi çərçivəsində “Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədilə ilk Təlimlər keçirilib.
Təlimlərdə müxtəlif KİV və Yeni media sahəsində çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Təlimlərin açılışında RİTN-in şöbə müdiri İsfəndiyar Əliyev və Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxış ediblər. Layihə haqqında, bir həftə davam edəcək Təlimlərin məqsədi haqqında, Elektron hökumətin sahəsindəki məlumatların geniş kütlələrə çatdırılmasının vacibliyi haqqında məlumatlar verilib.
İlk Təlimlərdə təqdimatlarla çıxış edən İsfəndiyar Əliyev və SİNAM şirkətinin əməkdaşı Firudin Əhmədov təlim iştirakçılarına Elektron hökumət və Açıq hökumətlə bağlı ətraflı bilgilər veriblər. Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində həmçinin jurnalistlər üçün Elektron hökumət və Açıq hökumət sahəsi ilə əlaqəli daha dörd gün Təlimlər keçiriləcək.
Məlumat verildiyi kimi “Elektron hökumət və media” Layihəsi çərçivəsində Elektron hökumət sahəsindən yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
Layihə RİTN –in, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Geniş məlumat : www.telim.org
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az