“Elektron hökumət və media” Layihəsi çərçivəsində “Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Təlimlər keçirilib.
Təlimlərdə müxtəlif KİV və Yeni media sahəsində çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Təlimlər Multimedia Mərkəzinin direktoru Osman Gündüzün çıxışı ilə balayıb. Daha sonra isə Milli Məclisin bölmə müdiri Rəşad Əzizov və AİF-in üzvü Rəşad Əliyev təlim iştirakçılarına Elektron hökumətdə informasiya təhlükəsizliyi, konfidensiallıq, kibercinayyətkarlıq, ictimai informasiya resursların dayanıqlı fəaliyyəti, vətəndaşların informasiya təhlükəsizliyi haqqında ətraflı bilgilər veriblər.
Layihə çərçivəsində həmçinin jurnalistlər üçün Elektron hökumət və Açıq hökumət sahəsi ilə əlaqəli daha üç gün Təlimlər keçiriləcək.
Məlumat verildiyi kimi “Elektron hökumət və media” Layihəsi çərçivəsində Elektron hökumət sahəsindən yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq jurnalistlər tərəfindən təqdim olunan materialların toplanması davam edir.
Layihə RİTN –in, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
Geniş məlumat : www.telim.org
Multimedia Mərkəzi
www.cit.az
Tel. 492 44 44
multimedia@cit.az