“İnformasiya cəmiyyətinin jurnalisti” 2011 Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi keçirilir.
Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən jurnalistlər iştirak edə bilər. Materiallar 10 yanvar 2012-ci il tarixədək qəbul olunur.
Layihə çərçivəsində həmçinin Jurnalistlər üçün informasiya cəmiyyəti sahəsində Treninqlər keçiriləcək.
Müsabiqə qaydaları, təxmini mövzular, qiymətləndirmə kriteriyaları və Treninqlərlə bağlı daha geniş məlumatı www.cit.az saytından əldə etmək mümkündür.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə həyata keçirilir.
“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az