İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib.

Bu gün Multimedia Mərkəzində “İnformasiya cəmiyyətinin Jurnalisti”  Layihəsi çərçivəsində keçirilən “İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib.
Toplantıda müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi müzakirə olunub. Məqalələr 10 ballıq sistemlə qiymətləndirilib.  Müzakirələr və verilmiş ballar əsasında qaliblər müəyyən olunub. Məlum olduğu kimi Müsabiqəyə  Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli 14 yazı təqdim olunub.
Həmçinin “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına  həsr olunan Təqdimat mərasiminin 29 fevral 2012-ci ildə, saat 14.00-da   Beynəlxalq Mətbuat Mərkəzində  keçirilməsi qərara alınıb.
Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihə  çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə  Sertifikatlar təqdim olunacaq. Həmçinin  Müsabiqənin qaliblərinə Diplomlar və qiymətli hədiyyələr  təqdim olunacaq.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə gerçəkləşdirilir.

“Multimedia” Mərkəzi
Tel: 492-44-44
www.cit.az
multimedia@cit.az