13.01.2008 Azərbaycan İnternet Forumunun Məlumatı
AİF bildirir ki, 17 yanvar 2008-ci ildə BMM-də “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində yekun tədbirin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə qeyd olunan Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq.
Məlumat verildiyi kimi “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin müsabiqəsi də keçirilib. Hazırda Müsabiqə ilə bağlı işlər yekunlaşma ərəfəsindədir. 23 Jurnalist tərəfindən Müsabiqəyə təqdim olunan yazılar Münsiflər Heyətinin üzvləri tərəfindən qiymətləndirilir.
Eyni zamanda adı çəklilən Layihə çərçivəsində 10 qəzetin İnformasiya Cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyəti ( yazılar , saytın olması , elektron əlaqə imkanları və s.) də araşdırılaraq Münsiflər Heyətinə təqdim olunub.
Qaliblərə qiymətli hədiyyələrin və müvafiq Diplomların verilməsi nəzərdə tutulub.
Əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az
AİF
www.cit.az
Tel. 492 44 44.
multimedia@cit.az