“Onlayn Media 2014” Layihəsi çərçivəsində keçirilən Təlimlərə start verilir.

Məlum olduğu kimi Multimedia Mərkəzi tərəfindən “Onlayn Media 2014” layihəsi çərçivəsində jurnalistlər üçün Təlimlər təşkil olunur.

Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir.

Təlimlər 27 – 31 oktyabr tarixlərində, saat 14.00 – 17.00 arasında AMEA Infromasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində keçiriləcək.

Təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq.

Təlimlər Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, Mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.

Təlimlərdə müxtəlif media subyektlərində çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər və bloqçular iştirak edəcəklər .

Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.

Adı çəkilən Layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media Müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixədək qəbul olunur.

“Onlayn Media 2014” Layihəsi Multimedia Mərkəzi tərəfindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Informasiya Texnologiyaları İnstitutu, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat: www.telim.org “Multimedia” Mərkəzi AZ1001, Bakı, M. Əfəndiyev k. 5 Tel. 012492 44 44 www.telim.org multimedia@cit.az