Yeni media sahəsində çalışanların sorğu anketi

imagesMəlumat üçün bildiririk ki, hazırda Multimedia Mərkəzi tərəfindən “Ali təhsil müəssisələrində Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” Layihəsi həyata keçirilir. Layihə çərçivəsində əsas diqqət yeni formalaşmaqda olan media bazarının tələblərinə uyğun olaraq yeni media texnologiyalarının tədris proqramlarının hazırlanmasına yönəlib. Tədris proqramı jurnalist tələbələrdə müasir peşəkar fəaliyyət üçün gərəkli olan bilik və bacarıqların aşılanmasının nəzərdə tutur.
Düşünürük ki bu sahədə mövcud vəziyyətin daha dərindən araşdırılması daha keyfiyyətli tədris proqramlarının hazırlanmasına köməklik edərdi. Bu məqsədlə yeni media texnologiyaları sahəsində çalışanların rəy və şərhlərinin xeyli faydalı olacağını zənn edirik. Odur ki , Sizdən çox xahiş edirik , əgər mümkünsə sorğu anketinin doldurulmasına köməklik göstərəsiniz.

Öncədən minnətdarlığımızı bildiririk

Hörmətlə,
Osman Gündüz Layihənin rəhbəri,
Multimedia Mərkəzinin direktoru,
Azərbaycan İnternet Forumunun prezidenti