Multimedia Mərkəzi tərəfindən 21 iyun 2011 – ci il tarixdə , saat 11.00-da , Azərbaycan Media Mərkəzində “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması : real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının və bələdiyyələrin internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq.
Dəyirmi Masada 60 dövlət qurumunun və 15 Bələdiyyənin rəsmi internet resursları üzrə son yarım il ərzində həyata keçirilən informasiya açıqlığı üzrə Monitorinqinin nəticələri açıqlanacaq. Dövlət qurumlarının və bələdiyyələrin informasiya açıqlığı üzrə Reytinq Cədvəli təqdim olunacaq.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
multimedia@cit.az