Elektron hökumət quruculuğundan yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi Elan olunur

images (1)Müsabiqə “Elektron hökumət quruculuğu və media” Layihəsi çərçivəsində keçirilir.

Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən jurnalistlər iştirak edə bilər. Ölkədə elektron hökumət quruculuğunun gedişi və Açıq hökumət təşəbbüsü sahəsində vəziyyət, elektron xidmətlərin vəziyyəti, onlayn şəffaflıqla bağlı 15 Noyabr 2012-ci il tarixdən 15 Yanvar 2013-ci il tarixədək dərc olunan yazılar qəbul olunur. Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.

Adı çəkilən Layihə çərçivəsində həmçinin Jurnalistlər üçün elektron hökumət quruculuğu sahəsində Treninqlər və ictimai müzakirələr keçiriləcək.

Müsabiqə qaydaları, təxmini mövzular, qiymətləndirmə kriteriyaları və Treninqlərlə bağlı daha geniş məlumatı www.telim.org saytından əldə etmək mümkündür.

Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Daha geniş məlumat www.telim.org saytında yerləşdirilib.

“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.telim.org
www.cit.az
multimedia@cit.az