Multimedia Mərkəzi tərəfindən “Elektron hökumət və media” layihəsi çərçivəsində Treninqlər təşkil olunur“Elektron hökumət və media” Layihəsi çərçivəsində təşkil olunan Treninqlərin məqsədi elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasın
köməklik göstərməkdir.
Treninqlərdə İnternet media və çap mediası sahəsində çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan və işləyən tələbə jurnalistlər iştirak edə bilərlər.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
Treninqlər elektron hökumət quruculuğu və Açıq hökumət təşəbbüsünün əsas prinsiplərini özündə əks etdirən xüsusi Proqram əsasında keçiriləcək.
Təlimlər ölkədə İKT və media sahəsində tanınmış mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.
Treninqlər həftə içi hər gün saat 15.00 – 18.00-dək keçiriləcək. Trennqlər haqqında daah geniş məlumatı telim.org dan əldə edə bilərsiniz
Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
Treninqlərdə iştirak etmək istəyənlər www.telim.org saytında qabaqcadan qeydiyyatdan keçməlidirlər. Həmçinin aybaniz.valiyeva@gmail.com ünvanına müraciət etməklə də qeydiyyatdan keçmək olar. Yerlərin sayı məhduddur.
Adı çəkilən Layihə çərçivəsində həmçinin elektron hökumət quruculuğundan yazan ən yaxşı jurnalistlərin Müsabiqəsi də keçirilir.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
“Multimedia” Mərkəzi
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.telim.org
www.cit.az
multimedia@cit.az
aybaniz.valiyeva@gmail.com