“Elektron hökumət və media” layihəsinə start verilir

multimedia logoMultimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində “Elektron hökumət və media” layihəsinə start verilir.

Layihənin keçirilməsində məqsəd ölkədə Elektron hökumət quruculuğuna dəstək vermək, elektron hökumətin üstünlüklərini cəmiyyətə çatdırmaqdır.

Bu məqsədin gerçəkləşməsi istiqamətində Elektron hökumət quruculuğundan, elektron hökumətin problemlərindən və uğurlarından, elektron xidmətlərin keyfiyyətindən sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Layihə çərçivəsində həmçinin Elektron hökumət quruculuğundan yazan jurnalistlərin Müsabiqəsinin keçirilməsi və ictimai müzakirələrin təşkili nəzərdə tutulur.

Layihənin qarşısında duran vəzifələr

1. İctimaiyyətin, dövlət orqanlarının və medianın diqqətini Elektron hökumət quruculuğuna, bu sahədəki uğurlara, problemlərə və onların aradan qaldırılması yollarına cəlb etmək.

2. Jurnalistləri İKT ilə, Elektron hökumət quruculuğu ilə bağlı, elektron xidmətlərlə bağlı dünyada və ölkədə gedən ən yeni proseslərlə tanış etmək.

3. İnformasiya Cəmiyyətinin peşəkar Jurnalistlərini hazırlamaq.

Həyata keçiriləcək tədbirlər

1. “Elektron hökumət quruculuğunda medianın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda ictimai diskussiyalar keçirmək

2. Elektron hökumət quruculuğu mövzusunda yazan Jurnalistlərin professional hazırlığının yüksəldilməsi üçün Treninqlər təşkil etmək.

3. Elektron hökumət quruculuğuna həsr olunan ən yaxşı yazıların Müsabiqəsini keçirmək.

Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ULTRA və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

“Multimedia” Mərkəzi

AZ1001, Bakı, M. Əfəndiyev k. 5

Tel. 492 44 44.

www.telim.org

www.cit.az

multimedia@cit.az