Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda Təlimlər başa çatıb. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Təlimlərin başa çatması ilə bağlı iştirakçılara Sertifikatların təqdimat mərasimi keçirilib. Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz çıxış edərək Layihə haqqında və Təlimlər haqqında məlumat verib. Layihənin məqsədinin ölkədə təhsilin inkişafına kömək etmək olduğunu bildirib. ÜSAİD-in əməkdaşı Ülvi İsmayıl, İREX –in Yeni Media Proqramının rəhbəri Angela Nicoara və bu qurumun hüquqşunası Ələsgər Məmmədli çıxış edərək Layihənin gerçəkləşməsi nəticəsində əldə olunan bilik və bacarıqların tədris prosesində faydalı olacağını vurğulayıblar. Onlar ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsində maraqlı olduqlarını bildiriblər. Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev də Sertifikatların təqdim edilməsində iştirak edib.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Tədbirin videosunu bu linkdən http://www.cit.az/video/informasiya-texnologiyalari-ve-sosial-servislerin-tedris-prosesinde-rolu-movzusunda-kecirilmis-treninqin-sertifikatlarinin-teqdimat-merasimi izləmək olar.
Multimedia Mərkəzi
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az