Çap olunub -da Xəbərlər
Apr 12th, 2012
Multimedia Mərkəzi “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda növbəti təlim keçirib. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Təlimin ikinci günündə ekspertlər Ramil Süleymanov və İlqar Mirzə wikipedia, Slidshare, müxtəlif coğrafi, foto və audio sosial servislərdən tədris məqsədilə istifadə mövzusunda təlim keçiblər.
Təlimlərin yekununda müəllimlər Bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması yolları, sosial İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları və s mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Ümumtəhsil məktəblərinin müxtəlif fənn müəllimləri üçün nəzərdə tutulan Təlimlər 5 gün davam edəcək.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər tərəfindən aparılır.
Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və “Elektron məktəb” Layihəsinə qoşulan təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində gerçəkləşir.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
AZ1001, Bakэ, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az