Milli İnternet Mükafatı – Milli Net 2012 qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell, Delta Telekom , SAZZ və İnfiPro şirkətlərinin dəstəyi ilə həyata keçirilən tədbir Hilton otelində baş tutub.
Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Daha sonra qaliblərə Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, Azercell və SAZZ şirkətlərinin DATA Kartları və İnfiPro şirkətinin iPAD –ləri təqdim olunub.