07 dekabr tarixdə Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramin Süleymanovdur.
Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab informasiya texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün nəzərdə tutulub.
Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti kimi tövsiyə olunan kitabda İnternet texnologiyalardan, sosial media alətlərindən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmləri və müxtəlif sosial media alətlərinin pedaqoji imkanları haqqında bilgilər verilib.
Kitabda “Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün tədbirlər” və “Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə bölmələr də özünə yer alıb.
Tədbirdə təhsil və elmi ictimaiyyətinin, dövlət və özəl qurumların nümayəndələrinin, sosial media menecerlərinin iştirakı nəzərdə tutulur.
Təqdimat mərasimi Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində keçirilir.
Kitab IREX-Media qurumunun dəstəyi ilə həyata keçirilən “İnternet texnologiyalarından və sosial servislərdən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərinin yaradılması” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.
Multimedia Mərkəzi
492-44-44
info@cit.az
www.cit.az
www.tehsil.org