Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər” kitabının təqdimat mərasimi keçirilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində keçirilən tədbirdə təhsil və elm ictimaiyyəti, dövlət və özəl qurumların nümayəndələri, sosial media menecerləri iştirak edib.
Multimedia Mərkəzinin nəşr etdiyi Kitabın məqsədi İnternet texnologiyalarından, sosial media alətlərindən təhsil məqsədləri üçün effektiv istifadə mexanizmlərini və sosial media alətinin pedoqoji imkanlarını göstərməkdir.
Kitabın müəllifləri AİF -in prezidenti, Multimedia Mərkəzinin direktoru, Osman Gündüz və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramin Süleymanov kitab haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Daha sonra Kitabda yer alan “Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün tədbirlər” və “Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə bölmələrə də toxunulub.
http://www.cit.az/video/muellimler-ucun-sosial-servisler-kitabinin-teqdimati-kecirilib-4/