Çap olunub Osman Gunduz -da Xəbərlər
İyl 24th, 2012 | Şərhlər yoxdur
AİF bildirir ki, cari ilin 6-9 noyabr tarixində Bakı şəhərində beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı keçiriləcək. Toplantıda dövlət, özəl və vətəndaş cəmiyyətlərini təmsil edən 2000-dək nümayəndənin iştirakı gözlənilir.
AİF IGF-nin 7-ci toplantısının Bakı şəhərində keçirilməsini alqışlayır və bunun Azərbaycanın beynəlxalq aləmdə tanıdılması ilə bərabər Azərbaycan İnternetini də inkişafına təkan verəcəyini düşünür.
AİF hesab edir ki, bu cür yüksək səviyyəli beynəlxalq toplantıda Azərbaycanın...
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
İyl 10th, 2012 | Şərhlər yoxdur
Bu gün İREX –də Multimedia Mərkəzinin təşəbbüsü ilə Jurnalistika təhsili verən Universitetlərin Yeni media üzrə fənn müəllimlərinin görüşü keçirilib.
Görüşdə Multimedia Mərkəzinin həyata keçirdiyi “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində hazırlanan Yeni media fənlərinin tədris modullarından istifadə məsələləri, bu fənlərdə nəzərdə tutulan mövzular üzrə İREX tərəfindən dəstəklənən Layihə çərçivəsində hazırlanacaq tədris materialları və gələcəkdə yeni media fənnin tədris edən...
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
İyl 4th, 2012 | Şərhlər yoxdur
Ən açıq və ən qapalı dövlət qurumu hansıdır ? Ən çox elektron xidməti hansı dövlət qururmu göstərir ? İnformasiya açıqlığı üzrə Mərkəzi və Yerli icra orqanlarının Monitorinqinin nəticələri
http://bit.ly/MrTOfP
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 29th, 2012 | Şərhlər yoxdur
29 iyun 2012- ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Açıq Hökumət Tərəfdaşlığı” haqqında məlumat verib və bu istiqamətdə ölkədə aparılan işləri diqqətə çatdırıb. O, AHT-nin əsas prinsiplərindən olar İnformasiya açıqlığı və Elektron hökumət quruculuğu sahəsində Mərkəz tərəfindən görülən işlərdən...
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 26th, 2012 | Şərhlər yoxdur
Multimedia Mərkəzi tərəfindən 29 iyun 2012 – ci il tarixdə, saat 11.00-da, Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda “Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada Azərbaycanın da qoşulduğu “Açıq hökumət” Tərəfdaşlığının əsas prinsipləri olan dövlət qurumlarının informasiya açıqlığı, şəffaflıq və elektron hökumət quruculuğu sahəsində mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.
Toplantıda...
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 11th, 2012 | Şərhlər yoxdur
Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz Avropa Parlamentində Avropa Komissiyasının dəstəyi ilə təşkil olunan “Rusiya və Şərq tərəfdaşlığı ölkələrində medianın vəziyyəti” ilə bağlı keçirilən toplantısında çıxış edib.
O, çıxışında adı çəkilən tədbirdə media azadlığının vəziyyəti sahəsində Azərbaycanla bağlı deyilənlərə toxunub. Bu sahədə çıxışlarda deyildiyi kimi müəyyən problemlərin olduğunu vurğulayıb. O, müəyyən işlə görülsədə ölkədə informasiya təhlükəsizliyi ilə bağlı problemlərin...
Çap olunub Osman Gunduz -da Xəbərlər
May 30th, 2012 | Şərhlər yoxdur
Eurovision 2012 Mahnı Müsabiqəsi başa çatsa da onunla bağlı müzakirələr hələ davam edir. Müsabiqə keçirilən ərəfədə Azərbaycan İnternetində nə kimi proseslərin getdiyini, İnternetin necə işlədiyini öyrənmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə danışdıq. O, müsahibədə Müsabiqə keçirilən ərəfədə Azərbaycan İnternetində hansı saytların işləmədiyinə, mobil İnternetin vəziyyətinə və İnformasiya təhlükəsizliyi məsələlərinə aydınlıq gətirib.
– Osman müəllim, Azərbaycan İnterneti Eurovision 2012...
Çap olunub Osman Gunduz -da Xəbərlər
May 17th, 2012 | Şərhlər yoxdur
Multimedia Mərkəzi edilən müraciətlərə cavab olaraq bir daha bildirir ki, Media Hüququ İnstitutu (MHİ) tərəfindən 17.05.2012–ci il tarixdə açıqlanan “Dövlət qurumlarının şəffaflıq hesabatı”nın “Multimedia” Mərkəzinə hər hansı bir aidiyyatı yoxdur.
Bununla bağlı Mərkəz tərəfindən ötən ilin dekabr ayında da müvafiq açıqlama verilib.
http://www.informasiya.org/index.php?id=767
Ötən il Mərkəz tərəfindən bununla bağlı verilən açıqlamada MHİ tərəfindən hazırlanan hesabatda “Multimedia” Mərkəzinin nəticələrindən və...
Çap olunub Osman Gunduz -da Yeni Media, Yeni medianın tədrisi
May 4th, 2012 | Şərhlər yoxdur
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa təşkil olunub.
Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz Dəyirmi Masanı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin “Yeni medianın yeni tədris modulları” mövzusunda Təqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədris ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında Universitetlərdə tədrisi nəzərdə tutulan...
Çap olunub Osman Gunduz -da Xəbərlər
Apr 30th, 2012 | Şərhlər yoxdur
http://www.obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=3136