Çap olunub Osman Gunduz -da Yeni medianın tədrisi
Sen 30th, 2011 | Şərhlər yoxdur
Layihənin əsaslandırılması
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Jurnalistika məktəbləri Yeni media texnologiyaları ilə bağlı xeyli sayda fənləri tədris proqramlarına daxil ediblər. Həmçinin texnologiyaların inkişafı onların tədris planlarına çox tez təsir edir. Media kifayət qədər transformasiya olunduğundan təhsil müəssisələrində jurnalistlərə elə bilik və bacarıqlar aşılanır ki, onlar konkret bir KİV sahəsində deyil bütün media və kommunikasiya sahələrində çalışmağa hazır olur.
Yeni Media texnologiyalarının ...
Çap olunub Osman Gunduz -da Yeni medianın tədrisi
Sen 30th, 2011 | Şərhlər yoxdur
Multimedia Informasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı
Multimedia Mərkəzi bildirir ki, “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir. Həmçinin Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər...
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
Sen 29th, 2011 | Şərhlər yoxdur
«Rəqəmsal yayıma keçidlə bağlı tələskənliyi başa düşmürəm və bu tələskənliyi zəruri edən amilləri də anlamıram».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramında «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söylədi.
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
Sen 21st, 2011 | Şərhlər yoxdur
“Bu kifayət qədər zəruri və əhəmiyyətli sənəddir”
OSMAN GÜNDÜZ: “BURADA KORRUPSİYAYA ŞƏRAİT YARADAN HALLARIN ARADAN QALDIRILMASI NƏZƏRDƏ TUTULUR”
Bir neçə ay öncə dövlət başçısı tərəfindən elektron xidmətlərin təşkili ilə bağlı fərman imzalandı. Elektron hökumətin formalaşdırılması istiqamətində atılan bu addımla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşdik.
– Bu fərman kifayət qədər zəruri və əhəmiyyətli sənəddir. Bu, elektron hökumətin formalaşması istiqamətində atılan növbəti...
Çap olunub Osman Gunduz -da Yeni Media
Sen 20th, 2011 | Şərhlər yoxdur
Jurnalistika 2.0 kitabı ABŞ – ın Mеrilend Universiteti Merril Jurnalistika Kolleci İnteraktiv Jurnalistika İnstitutu Mərkəzi və ” Con və Ceyms Nayt Fondu” tərəfindən qurulan Nayt Vətəndaş Xəbər Şəbəkəsi tərəfindən hazırlanıb.
Müəllif : Mark Briqs
Azərbaycan dilinə tərcümə və kitabın tərtribatı Multimedia Mərkəzi (www.cit.az) tərəfindən hazırlanıb.
Redaktor : Osman Gündüz
Tərcüməçi : Azər Həsrət
Kitabı elektron formada buradan əldə edə...
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
Sen 15th, 2011 | Şərhlər yoxdur
13 sentyabr tarixdə Milli İnternet Mükafatı uğrunda Müsabiqənin -Milli Net 2011-in Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Milli Net 2011- in qeydiyyat prosesinə 15 sentyabr tarixdə start veriləcəyi bir daha vurğulanıb.
Toplantıda Müsabiqəyə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bu ilki yarışmanın 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:
1. Korporativ saytlar
2. ...
Çap olunub Osman Gunduz -da Təhsildə İKT Konsepsiya
Sen 9th, 2011 | Şərhlər yoxdur
Daha öncə də məlumat verdiyimiz kimi 2-4 Sentyabr tarixləri arasında Nabranda Bloqosfer 2011 Forumu baş tutdu. Forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın İnternet media mühitini müzakirə etmək üçün bir araya gəldi. Foruma bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də qatıldı. Tədbir artıq arxada qaldı. Tədbirin yekunları ilə bağlı Forumun təşkilatçılarından olan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün...
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 30th, 2011 | Şərhlər yoxdur
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət...
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 21st, 2011 | Şərhlər yoxdur
“İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. Dövlət orqanlarının İnformasiya açıqlığı üzrə Reyting Cədvəli ( 01 dekabr 2010 – iyun, 2011 )
Çap olunub Osman Gunduz -da Xəbərlər
İyn 18th, 2011 | Şərhlər yoxdur
Multimedia Mərkəzi tərəfindən 21 iyun 2011 – ci il tarixdə , saat 11.00-da , Azərbaycan Media Mərkəzində “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması : real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların internet resurslar vasitəsilə yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının və bələdiyyələrin internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq.
Dəyirmi Masada 60 dövlət...